10/11/2019 15:27

Əlahiddə Ümumqoşun Orduda ən yaxşı tank əleyhinə batareya müəyyən olunub – VİDEO

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı tank əleyhinə batareya” adı uğrunda yarış keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fərdi və qrup halında normativlərin götürüldüyü yarışda tank təhlükəli istiqamətdə açılma hədlərinin tutulması, şərti düşmənin hərəkətli və hərəkətsiz hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Yarışın ümumi nəticələrinə əsasən özüyeriyən tank əleyhinə raket kompleksi batareyası birinci olub.