30/09/2019 20:16

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi başlayıb – VİDEO

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi başlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimin keçirilməsində məqsəd birləşmə və hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanılması, mühafizədən müdafiəyə keçərkən uzlaşmış fəaliyyətə nail olunması, müdafiə döyüşünün aparılması zamanı döyüş düzülüşü elementlərinin yerinə yetirilmə fəaliyyətinin təkmilləşdirilməsidir.

Komanda-qərargah təlimi oktyabrın 5-dək davam edəcək.