16/01/2018 20:59

Əlahiddə Ümumqoşun Orduda komandirlərin toplantısı başlayıb – VİDEO

Əlahiddə Ümumqoşun Orduda komandirlərin toplantısı başlayıb.

“AzeriDefence” “Naxcivantv”yə istinadən xəbər verir ki, toplantıya birləşmə, hərbi hissə komandirləri və müavinləri cəlb edilib.

Toplantıda komandirlərin qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, idarəetmə orqanlarının açılması və onlarda döyüş işinin təşkili zamanı yüksək  təşkilatçılıq vərdişlərinin aşılanması, silahlanmaya yeni daxil olmuş silah və texnika ilə tanışlıq kimi məqsədlər qarşıya qoyulub.

Toplantı zamanı zabitlərdən fiziki, taktiki, topoqrafiya, rəhbər sənədlər üzrə məqbullar götürülür.

Məşğələlər Təlim-Tədris Mərkəzində və “Naxçıvan” atəş meydanında  keçirilir.