30/01/2019 20:08

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Qars təlimi”ndə iştirak edəcək

Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu beynəlxalq qış təlimində iştirak etmək üçün Türkiyə Respublikasına yola salınıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yolasalma mərasimində Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Teymur Eyyubov çıxış edərək bildirib ki, fevralın 23-dək Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək çoxmillətli beynəlxalq səviyyəli qış təlimində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının da iştirak etməsi hər birimizi daha da qürurlandırır.

Qars təlimində çətin relyefli ərazilərdə, qarlı, şaxtalı havalarda döyüş əməliyyatlarının aparılması tapşırıqları yerinə yetiriləcək. Ümumilikdə 28 ölkənin hərbi qulluqçularının müşahidəçi və iştirakçı qismində cəlb edildiyi bu təlimlərə Azərbaycan və Türkiyə hərbçiləri yüksək peşəkarlıqla hazırlaşıblar.