24/06/2018 00:16

Əlahiddə Ümumqoşun Ordusu yerli rabitə stansiyalarını istifadəyə qəbul edib

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu yerli istehsal olan rabitə stansiyalarını təhvil alıb.

“AzeriDefence”nin bildirdiyinə görə, Əlahiddə Ümumqoşun Ordunun Hərbi Zavodunda yığılan 10 ədəd kompleks rabitə stansiyası İP texnologiyalarına əsaslanır və müasir avadanlıqlarla təmin olunub.

Avtomobil və qoşqu üzərində yığılan kompleks rabitə stansiyasının rabitə məsafəsi 100 kilometrdir. Stansiya idarəetmə məntəqələri arasında və daxilində rəqəmsal kanallarla audio, video, şəkil, data, anoloq, İP telefon və radio məlumatların mübadiləsini məxfilik qorunmaqla təmin edir.