26/05/2012 05:39

Elbit Systems 120 mm-lik yeni avtomatik minaatanı təqdim edib –FOTO

Elbit Systems şirkəti yüngül təkərli platformalar üçün nəzərdə tutulmuş 120 mm-lik Soltam SPEAR avtomatik minaatan sistemini təqdim edib. Bu barədə “AzeriDefence” İsrailin defese-update.com saytına istinadən məlumat verib.

Şirkət HMMWV tipli nəqliyyat vasitəsi üzərində qurulmuş yeni minaatanı müvəffəqiyyətlə sınaqdan keçirib və bu günlərdə İsraildə keçirilmiş 3-cü Artilleriya Konfransında təqdim edib.

Yüngül geri təpməyə malik minaatan 60 saniyə ərzində döyüş vəziyyətinə gətirilə, dəqiqədə 15 atəş aça bilir. Nəqliyyat vasitəsi üzərində atəş zamanı minaatanın sapma diametri 30 metrədək təşkil edir.

SPEAR sistemi helikopterlərin asmasında daşına bilən digər taktik nəqliyyat vasitələrində də yerləşdirilə bilər..

SPEAR tamam şəkildə rəqəmli kompyuter nişan-naviqasiya sistemi ilə təchiz edilib.