19/01/2013 12:00

Elbit Systemsdən təyyarələri qorumaq üçün yeni sistem

Elbit Systems şirkəti sərnişin təyyarələrini daşınabilən zenit raket komplekslərinin raketlərindən mühafizəsini təşkil edəcək C-MUSIC (C-Multi Spectral Infrared Countermeasure) adlı sistemi sınaqdan keçirib. Bu barədə “AzeriDefence” xarici hərbi nəşrlərə istinadən məlumat verib.

Sistem istənilən tipdə hava gəmilərində tətbiq edilə bilər. Boeing-707 təyyarəsində keçirilmiş çoxpilləli sınaqlarda C-MUSIC sistemin effektivliyi təsdiq edilib.