08/05/2019 11:46

Elçin Quliyev Ağstafa sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ağstafa rayonu ərazisində hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

DSX rəisi sərhəd döyüş məntəqələrində xidmət edən şəxsi heyətlə görüşüb, Ermənistan Silahlı Qüvvələrinin bölmələri ilə təmas xəttində sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması istiqamətində görülən işlərə baxış keçirib. Dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verilib.