29/06/2019 16:09

Elçin Quliyev: Ermənistanla sərhəddə yeni infrastrukturlar yaradılır

Qazax və Ağstafa rayonları ərzilərində yeni hərbi hissə kompleksi və döyüş məntəqələrinin tikintisi, yeni yolların salınması işləri davam edir.

“AzeriDefence”nin məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin xidməti ərazisində yeni hərbi hissə kompleksinin açılışında deyib.

General-polkovnik Elçin Quliyev xatırladıb ki, 2019-ci ilin dekabr ayında Prezident İlham Əliyevin qərarına uyğun olaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonlarından keçən 130 km ərazidə xidməti vəzifələrin icrasına başlanılıb: “Ötən müddət ərzində bu ərzilərdə yeni hərbi hissə kompleksinin tikintisi, yeni döyüş məntəqələrinin tikintisi, yeni yolların salınması işləri davam etməkdədir. Qısa zaman kəsiyində, 7 ay ərzində möhtəşəm işlər görülüb. Bu işlərin görülməsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərhəd Mühafizəsinə göstərdiyi diqqət və qayğıdan irəli gəlir”.