18/10/2019 11:37

Elçin Quliyev MDB Sərhəd Komandanları Şurasının islasında iştirak edib – FOTOLAR

Oktyabrın 17-də Belarusun paytaxtı Minsk şəhərində MDB Sərhəd Komandanları Şurasının 82-ci islası keçirilib.

Bu barədə “AzeriDefence” Belarus Dövlət Sərhəd Komitəsinə istinadən məlumat verib.

Üzv 9 ölkənin sərhəd mühafizəsinin rəhbərinin iştirak etdiyi tədbirdə MDB sərhədlərində yaranan vəziyyət barədə məruzələr dinlənilib, təşkilata üzv dövlətlərin sərhəd təhlükəsizliyi və təhdidlərinin neytrallaşdırılması üzrə birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Belarus Dövlət Sərhəd Komitəsi sədrinin birinci müavini general-mayor İqor Butkeviç “Qərb-2020” birgə xüsusi sərhəd təlimi barədə iclas iştirakçılarına məlumat verib.

İclasın nəticəsinə görə 16 qərar qəbul edilib.