22/02/2019 14:58

Elçin Quliyev: Sərhəd Mühafizəsi ən ciddi döyüş texnikaları, silah və sursatla təchiz olunub

Bu gün Azərbaycan Sərhəd Mühafizəsi ən ciddi döyüş texnikaları, müasir sərhəd gözətçi gəmiləri ilə, silah və sursatla təchiz olunub, istənilən döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə qadir hərbi qurumdur.

“AzeriDefence”nin məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bu gün gənc əsgərlərin andiçmə mərasimində çıxışı zamanı deyib.

General-polkovnik Elçin Quliyev bildirib ki, qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin, Sərhəd Nəzarətinin formalaşdırılması və nümunəvi hərbi birləşmə səviyyəsinə yüksəldilməsi əldə olunmuş ən ciddi nailiyyətlərdəndir.