25/05/2019 12:38

Elçin QULİYEV: “Siyasi Repressiya Qurbanları Muzeyi”nin yaradılması tarixin tələbidir

Ötən əsrin 20-ci illərindən başlayaraq ardıcıl olaraq “AzÇEKA” kimi tanınan Fövqəladə Komissiyanın, “NKVD” adı ilə qorxu və vahimə hissləri oyadan Daxili İşlər Xalq Komissarlığının yerləşdiyi Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi Repressiya Qurbanları Muzeyi”nin yaradılması tarixin tələbidir.

“AzeriDefence”nin məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bildirib.

Elçin Quliyev bildirib ki, açılışı eedilən “Siyasi Rep­ressiya Qurbanları Muzeyi” Azər­bay­can tarixinə və mədəniyyətinə bir sərhədçi töhfəsidir

DSX rəisi qeyd edib ki, dahi öndər Heydər Əliyevin Azərbaycan xüsusi xidmət orqanla­rının tarixində silinməz qara ləkə kimi qiymətləndirdiyi 1920-1950-ci il­lərdə bu qalın divarlar arxasında xalqımızın minlərlə övladlarına “xalq düşməni”, “Vətən xaini” damğası vurularaq, görkəmli ziyalı və mütə­fək­kirlər, elm və mədəniyyət xadimləri fiziki və mənəvi məhvə məruz qal­ıblar.

“Düşünülmüş surətdə təhlü­kəsizlik orqanla­rında, xü­susən də ölüm hökmləri çıxaran üçlüklərin tərkibində yerləşdirdirilən er­məni daşnakları tərəfindən millətimizin qabaqçıl simaları, sözün əsl mə­nasında işıqlı və aydın insanları imperiyanın qaçılmaz ölüm və sür­günlərinə məhkum edilmiş, neçə-ne­çə nəsillərin ən layiqli nüma­yən­də­ləri yaşayıb-yaratmaq imkanından məhrum olunublar. O illərin statistik rəqəmlərinə dərindən nəzər saldıqda, dövlətin rep­ressiya məngənəsi al­tında nə qədər say-seçmə azərbay­canlının məhv edilməsi, nə qədər Vətən övladının gələcə­yinin üzərindən xətt çə­kildiyini təsəvvür etmək, həmin dövrün dəhşət doğuran həqiqətlərini dərk etmək mümkündür”, – deyə general-polkovnik Elçin Quliyev deyib.

Rəsmi rəqəmlərə istinad edən DSX rəisinin sözlərinə görə, 1920-ci ilin may ayından 1921-ci ilin əvvəlinədək AzÇEKA tərəfindən 40 min soydaşımız məhv edilib, 1934-1938-ci illərdə Daxili İşlər Xalq Ko­missarlığı tərəfindən 80 mindən artıq şəxs güllələnmə cəza­sına məh­­kum olunub. Təkcə 1937-ci ildə Azərbaycanda 22 xalq komis­sarı, 49 rayon partiya komitəsinin katibləri, 29 rayon İcra­iyyə komitə­sinin sədrləri, 57 zavod və mədən di­rek­torları, 95 mühəndis, 110 hərbi qul­luqçu, 207 partiya və həmkarlar ittifaqı işçiləri, 8 professor həbs edilib və əksəriyyəti güllə­lənib. Ümu­miy­yətlə, 1920-1950-ci illərdə rep­res­si­yaya mə­­ruz qal­mış vətəndaşların ümumi sayı 400 min nə­fərdən artıq olub. Bundan başqa yarım milyon insan ölkə ərazisindən sürgün edilib.

Elçin Quliyev bildirib ki, ümummilli Lider Heydər Əliyevin təhlü­kə­sizlik orqanlarının milli maraqlara zidd fəaliy­yə­tinə son qoyulmasına yönəlmiş fəda­kar xidmət­ləri nəticəsində vaxtilə şəhər sakinlərinin yanın­dan qor­xu ilə keçdikləri, azərbaycanlılara qarşı “qırmızı terror”un simvolu olan bu binada hazır­da müstəqil Azərbaycan Respublikasının dövlət müs­təqilliyininin əsas göstəricilərindən birinin – dövlət sərhədlərinin toxunul­mazlığına cavab­deh olan dövlət orqanı – Dahi Öndərin 2002-ci ildə ya­ratdığı Dövlət Sərhəd Xidməti yerləşir.

“2005-ci ilin avqust ayında Prezi­dent, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyevin bu binada Dövlət Sərhəd Xidmətinin hərbi hissə­lə­rinə döyüş bay­raq­larını təqdim etməsi Azər­bay­can sərhədçilərində böyük ruh yüksəkliyi yaratdı. Bununla yanaşı bu tədbirin daha bö­yük bir əhə­miyyəti də var. Müstəqil Azər­baycan Respublikasının Prezi­dentinin, Silahlı Qüv­və­­lərinin Ali Baş Komanda­nının gəlişi şərə­finə bu binanın sıra meyda­nında 1919-cu ildə yazılmış dövlət himninin səslən­məsi ilə Vətənin azadlığı uğrun­da mübari­zə­­lərinə görə, vətən­pərvər­liklərinə görə rep­res­­siya qurbanı olmuş Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Yusif Vəzir Çə­mən­zəminlinin, Salman Mümtazın, Tağı Şah­ba­zinin, Əli Nazi­min, habelə həmin dövlət him­ninin sözlərinin müəllifi Əhməd Cavadın və digər­lərinin ruhları şad olub”, deyə E. Quloyev vurğulayıb.