30/12/2015 09:49

Elçin Quliyev və Aydın Əliyev “Sınıq-Körpü” sərhəd-keçidində buraxılışın vəziyyətini yoxlayıblar

Azərbaycan prezidentinin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilmə­sinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyətinin yoxla­nıl­­ması məqsədilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitə­sinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 29-da “Sınıq-Körpü” dövlət sərhəd buraxılış məntə­qəsin­də olublar.

DSX mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, general-polkovnik Elçin Quliyev və gömrük xidməti general-leytenantı Aydın Əliyev şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən bura­xılışı vəziyyətini yoxlayıb, sərhəddən keçən şəxslərlə söhbət edib və problemlərlə maraqlanıblar.

DSX-nın və DGK-nın əməkdaş­la­rının iştirakı ilə birgə xidməti müşa­virə keçirilib və vəzifəli şəxslərin məruzələri dinlənilib.

Xidməti müşa­virə zamanı “Sınıq-Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar meydana çıxan məsələlər müzakirə olunub, şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçmə vaxtının daha da qısaldılması məqsədilə xidməti prosedurların təkmilləş­dirilməsi, dövlət sərhədindən buraxılış məntə­qəsin­də sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????