24/02/2015 07:53

EM-14 Azərbaycan NATO kalibrli avtomatın istehsalına başlayır – FOTO

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən hazırlanmış EM-14 indeksli avtomat Abu Dabidə keçirilən İDEX-2015 sərgisində nümayişə çıxarılıb.

“AzeriDefence”nin məlumatına görə, sərgidə avtomatın iki nümunəsi – standart rəngdə və kamuflyajda nümayiş olunub.

NATO 5.56×45 mm çaplı avtomat 6 pilləli tənzimlənən qundağa,kollimatora, lülə üzərində piccatini relsinə və şəffaf darağa malikdir. MSN mütəxəssislərinin sözlərinə görə, avtomatın atış tempi dəqiqədə 660 atəş, güllənin lülədən çıxış sürəti 860 m/saniyə, nişanalma məsafəsi 1000 metr, çəkisi 3.8 kq-dır. Avtomatın iş prinsipi qaz təpməsi və çaxmağın fırlanmasına əsaslanır.

Artıq silahın ilkin nümunələri jazırlanıb və aprel ayında sınaqlarına başlanacaq. Avtomatın 2016-cı ildən seriyalı istehsalına başlanması nəzərdə tutulur.