27/08/2018 13:37

“Ən yaxşı özüyeriyən artilleriya divizionu” adı uğrunda yarışlar keçirilir

Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən “Ən yaxşı özüyeriyən artilleriya divizionu” adını qazanmaq uğrunda yarışlar keçirilir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyindən məlumat verilib

Azərbaycan Ordusunun özüyeriyən artilleriya divizionlarının cəlb olunduğu yarışlarda tədris-material baza öyrənilir, həmçinin zabitlərin və ixtisaslı mütəxəssislərin hazırlıq səviyyəsi yoxlanılır, fərdi və qrup şəklində normativlər qəbul edilir. Nəticələr yarışların rəhbərliyi tərəfindən təhlil edilərək ümumiləşdirilir və qiymətləndirilir.

Avtomatik idarəetmə sistemləri ilə təchiz edilmiş, yüksək dəqiqliklə atəş açmaq imkanına malik olan, eyni zamanda döyüş hazırlığı səviyyəsi ilə müsbət tərəfə fərqlənən dvizionlar, döyüş atışları icra edərkən əla nəticələr göstərmək və səhra vərdişlərini təkminləşdirmək uğrunda yarışırlar.