27/02/2017 15:51

Ərəblər ruslardan tank əleyhinə raketlər alır

Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) Rusiyadan tank əleyhinə raketlər alır.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bununla bağlı saziş “Rosoboroneksport”la BƏƏ arasında imzalanıb.

Sazişin dəyəri 700 milyon ABŞ dollarıdır.

BƏƏ Silahlı Qüvvələrinin briqada generalı Rəşid əş-Şəmsi deyib ki, əldə olunan razılaşmaya əsasən Rusiya 700 milyon dollar qarşılığında ərəb ölkəsinə 5 min tank əleyhinə raket verəcək.

“Rosoboroneksport”un baş direktorunun müavini İqor Sevastyanov da jurnalistlərlə söhbətində müqavilənin olması ilə bağlı faktı təsdiqləyib.