18/04/2017 20:36

Erməni əsgəri zərərsizləşdirilib

Cəbhə xəttində Ermənistan Ordusunun bir hərbi qulluqçusu zərərsizləşdirilib.

“AzeriDefence”nin məlumatına görə aprelin 18-də saat 18:20- də 1997-ci il təvəllüdlü Tatul Arutunyan adlı erməni əsgəri ağır yaralanıb.

Onun cəbhənin hansı istiqamətində yaralandığı açıqlanmasa da, Azərbaycan əsgərləri tərəfindən vurulduğu bildirilir.