16/02/2017 15:53

Erməni hərbçilərindən 1-i öldü, 2-si yaralandı

Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu ölüb.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumatına görə, cəbhə xətti boyunca yerləşən postlara gedən yolları qardan təmizləyən buldozer T-170 dərəyə aşıb.

Buldozerdəki hərbçilər Qareqin Minasyan, Armen Puxan və Vruyr Nersisiyan ağır yaralanıblar.

Yolda Qareqin Minasyan aldığı yaradan keçinib.

Digər iki hərbçi isə İrəvandakı mərkəzi hospitala aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.