28/04/2017 13:23

Erməni hərbçisi məhv edilib

Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xəttində erməni hərbçisi öldürülüb.

“AzeriDefence”nin “news.am”a istinadən verdiyi məlumatına görə,  1998-ci il təvəllüdlü Mher Feliks oğlu Arzumanyanın Azərbaycan Ordusunun mövqeləri tərəfindən açılan atəşlə öldürüldüyü bildirilir.

Hadisə aprelin 28-də saat 09.30 radələrində qoşunların təmas xəttinin cənub hissəsində baş verib.