17/02/2017 14:38

Erməni hərbçisi ölüb

Bu gün Dağlıq Qarabağda Ermənistan Silahlı Qüvvələrinin əsgəri ölüb.

Bu barədə “AzeriDefence” “Panorama.am” saytına istinadən məlumat verib.

Məlumatda bildirilir ki, işğal edilmiş Dağlıq Qarabağda hərbi hissələrin birində 20 yaşlı hərbi qulluqçu Qareqin Arqamanyan dəm qazı ilə zəhərlənmədən ölüb.

Hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi üçün istintaq aparılır.