31/12/2016 22:45

Erməni hərbçisi yaralanıb

Ermənistan-Azərbaycan qoşunlarının Dağlıq Qarabağdakı təmas xəttində erməni hərbçisi yaralanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə erməni mediası xəbər yayıb.

Erməni əsgəri Dağlıq Qarabağın şimal şərq istiqamətində yaralanıb.

Yaralanan əsgərin Qarik Vartanyan olduğu bildirilib.

Yaralının vəziyyəti ağır olduğundan Vartanyan İrəvandakı hərbi hospitala köçürüləcək.