17/09/2015 15:50

Erməni hüquq müdafiəçisi: “Ermənistan Ordusu qapalı və qeyri-şəffaf olmağa başlayıb”

“Ermənistan Ordusu getdikcə ictimaiyyət üçün qapalı və qeyri-şəffaf olmağa başlayıb”

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumatına görə, bunu “Dünya ilə dialoq” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Edqar Xacatryan yerli mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, ordu ilə bağlı ictimaiyyətdə vəziyyət getdikcə gərginləşməyə doğru gedir: “Misal olaraq deyim ki, müdafiə naziri Seyran Ohaniyanın bu yaxınlarda qeyri-döyüş şəraitində ölən hərbçilərlə bağlı informasiyanın qapalı saxlanılmasına dair əmr imzalayıb. Bu faktın özü də ordudakı vəziyyətə dair narahatlığı artırır”.

Hüquq müdafiəçisi bildirib ki, bununla da Müdafiə Nazirliyi yaranmış problemlərin ictimailəşməsinə və araşdırılmasına mane olur: “Hazırda bizdə hərbi hissədə 2 əsgərin ölməsinə dair fakt var. Lakin informasiyanı genişləndirmək imkanı məhdudlaşdırılıb. Əsas məqsədimiz nizamnamədən kənar halları müəyyənləşdirib, ölüm hallarının səbəblərini araşdırmaqdır”.

E. Xacatryan müdafiə naziri Seyran Ohaniyanın əmrindən məhkəmə instnasiyasına şikayət edəcəklərini də qeyd edib.