12/02/2018 17:09

Erməni və yunan lobbisi ABŞ-da Türkiyəyə F-35 satışına qarşı kampaniyaya başlayııb

Yunan Amerikan Liderlik Cəmiyyəti (HALC) və Amerika Erməniləri Milli Komitəsi (ANCA) Türkiyənin bu il birincisini alacağı F-35 döyüş təyyarələrinin Annkaraya verilməməsi üçün Vaşinqtonda kampaniya başladıb.

Bu barədə “AzeriDefence” “Kokpit.aero” saytına istinadən məlumat verib.

ABŞ senatorları ilə görüşən yunan və erməni lobbisi Türkiyənin Yunanıstan, Kipr, Suriya, Ermənistan və İsraillə bağlı NATO və müttəfiqləri ilə fikir ayrılığı yaşadığına diqqət çəkiblər.

Senatorlara Türkiyənin Rusiya və İrana F-35 texnologiyası haqqında “məlumat sızdıra biləcəyi” iddialarına da yer verilib.