21/06/2016 13:47

Ermənilər cəbhədə tətbiq edilmək üçün hərəkəti hiss edən sensor yaradıblar – FOTO

Ermənistanda sərhəd xəttinin mühafizəsi məqsədilə seysmik sensor yaradılıb.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumatına görə, PSİ şirkəti tərəfindən yaradılmış sensorların ilkin sınaqları yekunlaşdırılıb.

PSİ şirkətinin baş texnoloqu, İrəvan Dövlət Universitetinin fizika fakültəsinin əməkdaşı Samvel Gevorkyan deyib ki, hökumət yerli məhsulun seriyalı istehsalı üçün sərmayə ayırmayıb.

Onun sözlərinə görə, bu ilin aprel ayında Ermənistan hərbi birləşmələrinin cəbhənin Qarabağ istiqamətinə qarşılaşdığı məğlubiyyətə baxmayaraq, hökumət sensorların istehsalına dəstək göstərməkdən hələ ki, imtina edir.

Məhsulun müəllifi sensorun texniki xarakteriskası barədə ətraflı məlumat verməsə də yalnız onu qeyd edib ki, avadanlıq 250 metr məsafədə addım səslərini qəbul edə və mərkəzə ötürə bilir.

“AzeeriDefence”nin əldə etdiyi məlumata görə, ermənilər artıq bu seysmik sensorların cəbhənin bəzi istiqamətlərində tətbiqinə başlayıblar.

7487930

A-330

1365356764