17/07/2019 19:06

Ermənilər mülki traktoru atəşə tutub

Bu gün səhər saatlarında Göygöl rayonu ərazisində təsərrüfat işləri görən mülki traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, hadisə nəticəsində itki yoxdur. Cavab tədbirləri nəticəsində düşmən susdurulub.