19/05/2016 20:19

Ermənilər öz pilotsuz uçuş aparatlarını vurublar

Mayın 19-da saat 13.20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan silahlı qüvvələrinə məxsus X-55 tipli PUA erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

PUA-nın ermənilərin mövqelərinə yaxın əraziyə düşdüyü Azrbaycan Ordusunun bölmələri tərəfindən müşahidə olunub.

Qeyd edək ki, bu son həftə ərzində Ermənistan Ordusunun hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan ikinci X-55 tipli PUA-dır