20/06/2019 12:44

Ermənilər Qarabağda keçirilən hərbi təlimdə yerli istehsal olan MES-3 radarını sınaqdan çıxarırlar

Qarabağ separatçılarının və işğalçı Ermənistan Ordusu bölmələrinin iyunun 18-də Azərbaycan ərazilərində başladığı hərbi təlimdə Ermənistan istehsalı olan MES-3 radiolokasiya sistemi tətbiq edilib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə erməni hərbi sənaye eksperti Samvel Ağababayan öz bloqunda məlumat yayıb.

MES-3 radiolokasiya sisteminin ilk dəfə təlimdə istifadə olunduğu qeyd edilib.

MES-3 radarı nəqliyyat vasitəsinə bazalaşdırılıb. Səfər vəziyyətində radarın antenası nəqliyyat vasitəsinin yük hissəsinə çəkilir.

Radar İrəvan Telekommunikasiya Araşdırma İnstitutu tərəfindən yaradılıb.