28/07/2019 10:53

Ermənilər Qazaxda Azərbaycan Sərhəd Qoşunlarının mövqelərini atəşə tutublar

Ermənistan Ordusunun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş mövqelərinə qarşı təxribatlar davam edir.

Bu barədə “Azeri Defence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

2019-cu ilin 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqamətdən DSX-nin döyüş mövqeləri və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələri düşmən snayperləri tərəfindən atəşə tutulub.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.