29/07/2019 14:59

Ermənilər təcili tibbi yardım maşının atəşə tutublar – FOTO

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, iyulun 28-də 22:00 radələrində Azərbaycanın döyüş mövqeləri və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələri düşmən tərəfindən növbəti dəfə atəşə tutulub.

Düşmən snayperləri tərəfindən açılan güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılan və qızıl aypara nişanının təsviri olan UAZ markalı avtomobilə dəyib.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Qeyd edək ki, təcili tibbi yardım maşınını atəşə tutmaqla ermənilər bir daha beynəlxalq konvensiyalara məhəl qoymadıqlarını göstərirlər.