28/09/2015 14:08

Ermənilər yerüstü müşahidə radarı yaratdı: FOTO – VİDEO

Ermənistan cəbhə xəttində canlı qüvvənin və hərbi texnikanın hərəkətini müəyyənləşdirmək məqsədilə daşınan radar sistemi hazırlayıb.

“AzeriDefence”nin məlumatına görə, radar sistemi Ermənistan Elmlər Akademiyasının Radiofizika və Elektronika İnstitutunda Müdafiə Nazirliyinin sifarişi əsasında hazırlanıb.

Doplerov radiolakasiya stansiyası Ku diapazonunda çalışacaq. Radar optik müşahidə kamerası ilə də təchiz olunub.

Buna qədər isə aıçəkilən institut kiçik həcmli – daşınan PDRLS- 1M stansiyasını da hazırlayıb.

Radar eyni vaxtda aşağı məsafədə uçan 8 təyyarə və analoji sayda yerüstü obyektin koordinatlarını – uçuşun istiqaməti, sürətini də müəyyənləşdirə bilir.

ttx

 

İmkanları:

-Canlı qüvvəni aşkar etmə – 2 km

-Texniki vasitələri aşkarlama – 4km

-Sürəti aşkaretmə diapazonu – (3-90) km/saat

-Aşkarlama məsafəsi – 50 m

-Aşkarlama sürəti – 3km/saat

-Azimut üzrə aşkarlama bucağı – 3 dərəcə

-İcmal bucağı –  200 dərəcə

-Diapazon tezliyi – Ku

-Avadanlığın çıxış gücü – 20 dVin

-İstehlak gücü – 30 Vt

-Çəkisi – 15 kq