09/01/2017 16:19

Ermənilərdən növbəti təxribat: cəbhədəki kameraları lazerlə sıradan çıxarmağa çalışırlar

leletepe

Ermənilər cəbhə xəttində təxribat cəhdlərini davam etdirmək üçün Azərbaycan Ordusunun mövqelərində qurulmuş kameralara uzaq məsafədən müdaxilə etməklə sıradan çıxarmağa çalışırlar.

“AzeriDefence”nin məlumatına görə, son aylarda bu cür hallar Qarabağ cəbhəsinin müxtəlif istiqamətlərində – xüsusilə də aprel döyüşləri zamanı düşməndən geri alınmış mövqelərdə yaşanır.

Belə ki, erməni hərbçilər Azərbaycan Ordusunun mövqelərində müşahidə aparmaq üçün qurulan kameralara güclü lazer şüası yönləndirərək onları sıradan çıxarmağa çalışırlar.

“AzeriDefence”nin apardığı araşdırmalara görə, ermənilərin kameralara qarşı istifadə etdiyi lazer sistem “LT Pyrkal” şirkəti tərəfindən hazırlanıb. Adıçəkilən şirkətin mütəxəssisləri hələ bir neçə il əvvəl gecəgörmə kameralarına qarşı tədbir sistemini yaratdıqlarını açıqlamışdılar.

Qeyd edək ki, aprel döyüşlərindən sonra erməniləri növbəti itkilərdən qorumaq üçün ATƏT-in Minsk Qrupunun  həmsədrləri cəbhə xəttində müşahidə kameralarının qurulması təşəbbüsü ilə çıxış ediblər.

Xəbər Lenti