15/09/2015 22:50

Ermənilərin cəbhədə vurulan pilotsuz aparatı Rusiya istehsalı çıxdı – FOTOLAR

Müdafiə Nazirliyi bu gün cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərinin üzərində kəşfiyyat aparan zaman məhv edilmiş Ermənistan Silahlı Qüvvələrinə aid pilotsuz uçuş aparatının tipini təyin edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik tərəfindən dəqiqləşdirilmiş məlumata görə bu gün cəbhənin Ağdam rayonu istiqamətində Hərbi Hava Qüvvələrimizin hava hücumundan müdafiə bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə məxsus məhv edilən kəşfiyyat məqsədli pilotsuz uçan aparatı X-55 (Ptero -5E) tipinə aiddir.
X-55 PUA-ın taktiki-texniki xüsusiyyətləri:
– Qanadların açılışı 3030 mm.
– Uzunluğu 2100 mm.
– Kreyser sürəti 85-115 km/saat
– Maksimal uçuş sürəti 180 km/saat
– Havada qalma müddəti:
elektrik mühərriki ilə 1.5 saat
benzin variantında 8 saatadək
– Maksimal uçuş məsafəsi 130 km.
– Maksimal uçuş hündürlüyü 2000 m.

– Maksimal tətbiqetmə uzaqlığı 85 km.-dək
– Qalxma üsulu katapult
– Enmə üsulu paraşüt

Qeyd edək ki, X-55 Pua Rusiyanın “AFM Servers” şirkəti tərəfindən istehsal edilmiş “Ptero-5E” modelidir. Ermənistan 2013-2014 -cü illərdə Rusiyadan 5 kompleks “Ptero -5E” alıb. İstehsalçı firma satışın Ermənistan Fövqəladə Hallar Nazirliyinə həyata keçirildiyini bildirsə də ötən il bu PUA-lar Ermənistan Müdafiə Nazirliyinin silah sərgisində X-55 indeksi ilə nümayiş olunub.

02

2) Gövdənin dayağı

04

3) Bort elektronikası

05

4) Paraşüt

06

5) PUA-nın qalıqları

03