25/12/2015 14:18

Ermənilərin daha bir PUA-sı məhv edilib

Cəbhənin Tərtər istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatı (PUA) məhv edilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Dekabrın 25-də saat 11.45 radələrində Tərtər rayonu istiqamətində Ermənistan Ordusuna məxsus pilotsuz uçuş aparatı aşkarlanaraq bölmələrimiz tərəfindən atəşlə dərhal məhv edilib.

Qeyd edək ki, indiyə qədər Azərbaycan Ordusunun bölmələri dəfələrlə düşmənə məxsus PUA-ları vurub.