05/12/2017 19:24

Ermənistan Baş Qərargahının rəis müavini işdən azad olunub

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini, general-leytenant Aykaz Baqmanyan vəzifəsindən azad edilib.

“AzeriDefence”nin Ermənistan KİV-inə istinadən xəbər verir ki, müdafiə naziri Vigen Sarkisyan jurnalistlərə açıqlamasında A.Baqmanyanın işdən çıxarıldığını təsdiqləyib.

Vigen Sarkisyan onun öz ərizəsi ilə vəzifədən azad olunduğunu bildirib.

Onu da qeyd edək A. Baqmanyan bu vəzifəyə 2009-cu ildə təyin olunub.