09/01/2018 11:59

Ermənistan cəbhədə minaya düşən 2 əsgərini İrəvana təxliyə edib

Ermənistan Ordusunda daha bir itki faktının üstü açılıb.

“AzeriDefence”nin məlumatına görə, “news.am” saytı işğal altındakı Azərbaycan ərazilərində mina partlayışı zamanı yaralanmış iki əsgərin İrəvandakı Mərkəzi Kliniki Hospitala aparıldığını yazıb.

Mina partlayışı nəticəsində iki əsgər yaralanıb. Xankəndindəki hospitala yerləşdirilən hər iki yaralının ayaqları amputasiya edilib.

Qeyd edək ki, “Aykakan jamanak” qəzeti hadisənin yanvar ayının 4-də baş verdiyini yazıb.