07/01/2019 15:23

Ermənistan dövlət sərhədində təxribat törədib – FOTO

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir.

Dövlət Sərhəd Xidmə­tinin mətbuat mərkəzindən “AzeriDefence”yə  verilən məlumata görə, yanvarın 6-da saat 15:35 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonu­nun Kə­mərli kəndi yaxınlı­ğındakı sərhəd döyüş məntəqəsi atəşə tutulub.

Sərhəd döyüş məntəqəsinə doğru 7,62 mm çaplı “SVD” snay­per silahından açılmış atəş nəticəsində güllə dövlət sər­həd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən ida­rə olunan eksko­va­­torun çalo­vu­na dəymiş və kabinası­nın sağ şüşəsini sın­dır­ıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlumatda o da qeyd olunub ki, yanvar ayının əvvəlindən hal-hazıradək Dövlət Sərhəd Xidmə­tinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub.