28/06/2017 16:46

Ermənistan Mərkəzi Hərbi Klinik Hospitalının rəisi vəzifəsindən uzaqlaşdırılıb

Ermənistanın müdafiə naziri Viqen Sarkisyan İrəvanın Mərkəzi Hərbi Kliniki Hospitalının rəsinin dəyişdirilməsindən danışıb.

“AzeriDefence”nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, V.Sarkisyan bildirib ki, bir sıra məsələlər bu sahədə dəyişikliyin edilməsini zəruri edib.

“Hospitalın müəyyən qədər məişət, eləcə də sanitar şəraiti, intizam problemləri, hərbi təbabətin adını ləkələyən və bizi narahat edən müəyyən tendensiyalar var idi”, – deyə nazir vurğulayıb.

Bildirilib ki, Mərkəzi Hərbi Klinik Hospitalın rəisi polkovnik Aram Asaturyan vəzifəsindən azad edilərək, ehtiyat kadrlar sırasına göndərilib. Bu vəzifədə isə onu Sisian Hospitalının sabiq rəisi polkovnik-leytenant Daniel Mkrtçyan əvəz edib.