08/05/2018 15:17

Ermənistan müdafiə nazirinin birinci müavini istefa verdi

Ermənistan müdafiə nazirinin birinci müavini Artak Zakaryan istefa verib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Artak Zakaryan özünün “Facebook” səhifəsində yazıb.

“Siyasi vəziyyətdən asılı olaraq, müdafiə nazirinin birinci müavini vəzifəsindən istefa verməyə qərar verdim. Birincisi, siyasi komandamız müxalifət kimi çıxış edəcək. İkincisi, Müdafiə Nazirliyinin rəhbərliyi yeni seçilmiş baş nazirin komandasından formalaşmalıdır”, – deyə A. Zakaryan bildirib.