14/12/2017 12:32

Ermənistan Müdafiə Nazirliyinin tankdaşıyıcısı qəza törədib

İrəvanda Ermənistan Müdafiə Nazirliyinin tanklarını daşıyan avtomobil transportyoru avtoqəza törədib.

Bu barədə “AzeriDefence” “Shamshyan.com” saytına istinadən məlumat verib.

Hadisə dekabrın 13-də baş verib. “Erebuni” Muzeyi yaxınlıqda Ermənistan Müdafiə Nazirliyinin “Hino” markalı tankdaşıyıcısı “Nissan” markalı minik avtomobili ilə toqquşub.

“Nissan” markalı avtomaşının əzilməsinə baxmayaraq, toqquşma nəticəsində zərər çəkənin olmadığı bildirilir.