22/09/2015 12:35

Ermənistan Ordusu hərbi texnikaların imitatorlarını alır – FOTO

Ermənistan Müdafiə Nazirliyi “Lubawa Armenia” Ermənistan-Polşa birgə müəssisəsindən BMP imitatorları alıb.

“AzeriDefence”nin məlumatına görə, Ermənistan Ordusunun BMP maketləri ilk dəfə “Şant-2015” təlimi zamanı nümayiş olunub.

Rezin materialdan hazırlanmış BMP maketləri hava ilə şişirdilir. Maketlər real BMP ölçüsündədir.

“Lubawa Armenia” Ermənistan Ordusunun sifarişi əsasında ordunun inventarında yer alan BTR, tank və nəqliyyat vasitələrinin imitatorlarının da istehsalı istiqamətində işlər aparıldığını bəyan edib.

Qeyd edək ki, hərbi texnikaların imitatorları rəqibin aviasiyasını və pilotsuz kəşfiyyat vasitələrini aldatmaq, boş ərazilərin bombalanmasına vadar etmək məqsədi daşıyır. 1990-cı illərin əvvəllərində – Körfəz müharibəsi zamanı ABŞ aviasiyası İraqın hərbi texnika maketlərini hərbi baza zənn edərək bombalamışdı. Ermənilər də böyük ehtimalla İraq variantını tətbiq etmək niyyətindədirlər.