24/12/2015 01:05

Ermənistan Ordusu itkilərini “avtoqəza” adıyla üzə çıxarmağa başlayır

Ermənistan Ordusu cəbhədə vəziyyətin gərginləşdiyi günlərdə yenidən “avtoqəzalar” nəticəsində itki verib.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 21-də baş versə də nədənsə xəbər KİV-ə dekabrın 23-də sızıb. Erməni KİV-ləri bu xəbəri rus dilindəki səhifələrində deyil, erməni dilində veriblər.

Məlumata görə, dekabrın 21-də avtomobilin yoldan çıxıb aşması nəticəsində Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçusu, əsgər Stepan Qalstyan ölüb.

Digər bir qəzada isə 30 yaşlı David Nazaryan və adı açıqlanmayan bir hərbçi xəsarət alıb. Nazaryan hərbi hissələrdən birində bölük komandiri vəzifəsində xidmət edib. Hər iki yaralı hərbi hospital yerləşdirilib.

Shamshyan.com saytı isə dekabrın 20-də, saat 00:21 radələrində baş vermiş digər “avtoqəzada” isə Müdafiə Nazirliyinin hərbi hissəsində kəşfiyyat zabiti olaraq xidmət edən Taron Karapetyanın öldüyünü yazıb.

Təcrübə göstərir ki, erməni tərəfi cəbhədə itkiləri çox olduqda hadisələri “avtoqəza”, “silahla ehtiyatsız davranış” və s. adlarla üzə çıxarır.