15/10/2015 11:29

Ermənistan Ordusu yenə hərbçi itirdi

Ermənistan Ordusuna məxsus ZİL-131 markalı yük maşınının qəzaya uğraması nəticəsində bir hərbçi həlak olub, bir nəfərsə yaralanıb.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 14-də Ermənistanın Tavuş rayonu ərazisində baş verib. Maşının dərəyə yuvarlanması nəticəsində 50 yaşlı hərbi qulluqçu Babken Saruxanyan ölüb, 48 yaşlı zabit Artak Andreasyan isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.