21/04/2017 17:22

Erməni əsgər hərbçi yoldaşını güllələdi

Ermənistan Ordusunda müddətdən artıq xidmət edən hərbçi Narek Akopyanın öldürülməsi ilə bağlı cinayət işi açılıb.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumatına görə, Ermənistan İstintaq Komitəsindən bildirilib ki, hadisə Vayoç poliqonunda baş verib.

1986-cı il təvəllüdlü Narek Akopyan aprelin 21-də saat 10.25 radələrində güllə yarası alıb. Şahidlərinin ilkin ifadələrinə görə, avtomatın təmizlənməsi zamanı texniki qaydalara riayət olunmadığından silahdan çıxan güllə N. Akopyanı ölümcül yaralayıb.

Hospitala aparılsa da hərbçinin həyatını xilas etmək mümkün olmayıb.