14/05/2017 23:35

Ermənistan Ordusunun hərbçisi ölüb

Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu ölüb.

“AzeriDefence” erməni mətbuatına istinadən verdiyi xəbərə görə, mayın 14-də saat 15:15-də Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində yerləşən N saylı hərbi hissəsində müvəqqəti həqiqi hərbi xidmətdə olan kiçik serjant Arşak Vahanoviç Arşakyan məlum olmayan səbəblərdən çənəsinin altında güllə yarası alıb.

Hərbiçi aldığı güllə yarasından ölüb. Ölüm faktı ilə əlaqədar cinayət işi qaldırılıb. Hadisənin hansı zəmində baş verdiyi haqda məlumat yoxdur.