21/08/2017 15:29

Ermənistan Ordusunun hərbçisi ölüb

Ermənistan Silahlı Qüvvələrinin hərbi hissəsində hərbçi ölüb.

Bu barədə “AzeriDefence” erməni mətbuatına istinadən xəbər verib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ölən hərbi qulluqçu 26 yaşlı Andranik Armen Mkrtçyandır. Bildirilib ki, A.Mkrtçyan çənə nahiyəsindən aldığı xəsarətdən sonra ölüb.

Hazırda, hadisənin səbəblərinin araşdırılması üçün təhqiqat aparılır.