09/02/2018 11:19

Ermənistan Ordusunun hərbçisi ölüb

Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələrinin əsgəri ölüb.

“AzeriDefence” erməni mətbuatına istinadən xəbər verir ki, fevralın 8-i saat 14:15 radələrində 1999-cu il təvəllüdlü Hayk Hakopyan Xankəndində yerləşən hospitalda ölüb.

Əsgərin ölüm səbəbinin xəstəliklə əlaqədar olduğu deyilir. Ölüm faktı ilə əlaqədar istintaq işləri aparılır.