30/09/2017 16:12

Ermənistan prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri ölüb

Ermənistan prezidenti Serj Sarkisyanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Qorik Akopyan ölüb.

“AzeriDefence”nin Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, uzun müddət davam edən xəstəlikdən əziyyət çəkən Qorik Akopyan 71 yaşında ölüb.

Q.Akopyan 2004-2016-cı illər ərzində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olub. Q.Akopyan ötən il fevralın 12-də prezident Serj Sarkisyanın fərmanı ilə vəzifəsindən azad edilib, digər sərəncam ilə Q.Akopyan prezidentin müşaviri vəzifəsinə təyin olunub.