18/04/2018 15:56

Ermənistan silahlı qüvvələri dinc əhalini atəşə tutdu

Azərbaycan ərazilərini işğal altında saxlayan erməni silahlı bölmələri bu gün Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.

“AzeriDefence”nin APA-ya istinadən verdiyi məlumata görə, Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.

Xəstəxanaya yerləşdirilən R. Hacıyevin vəziyyəti qənaətbəxşdir.