27/01/2018 21:18

Ermənistan Silahlı Qüvvələrində yeni təyinat olub

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə yeni müavin təyin olunub.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, bu gün imzalanan fərmanla general-mayor Andranik Makaryan Baş Qərargahın Döyüş hazırlığı idarəsinin rəisi, Baş Qərargah rəisinin müavini təhin olunub.

A.Makaryan buna qədər Ermənistan-Rusiya birləşmiş qoşun qruöunun komandiri olub.