21/02/2018 19:17

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib

Cəbhə xəttində Ermənistan silahlı qüvvələrinə aid kvadrokopter tipli pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin məlumatında bildirilib ki, fevralın 21-də cəbhənin Füzuli istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq ələ keçirilib.